Əsas məzmuna keç

Kiçik Kövsər, böyük uğur - BMT festivalında ikiqat qələbə

Kiçik Kövsər, böyük uğur - BMT festivalında ikiqat qələbə

bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, o, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və  Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə...

Uşaq İncəsənət Festivalının laureatı Qurban səviyyədə böyük uğura imza atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkil etdiyi PLURAL+ Gənclər Video Festivalında “Black and White” animasiya filmi ilə qalib olub.

Kövsər 11-ci UNAOC Beynəlxalq Forumu çərçivəsində keçirilən Beynəlxalq PLURAL+ Gənclər Film Festivalında 12 yaşdan aşağı yaş kateqoriyası üzrə Beynəlxalq Jüri Mükafatına (1-ci yer) və FCAT Tərəfdaş Mükafatına layiq görülüb.

Bu ona Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək beynəlxalq mükafatlandırma mərasiminə iştirak qazandırıb.

Gənc istedadın nailiyyətləri bununla bitmir. Kövsər Qurban Beynəlxalq SAF Olimpiadasında VidX kateqoriyası üzrə 4 dəfə qalib olub.

Kövsər musiqi sahəsində də uğurları ilə seçilir. O, İspaniyada keçirilən beynəlxalq incəsənət festivalında fortepiano üzrə solo ifada ikiqat birinci yer, eləcə də Art Olimpia İncəsənət Müsabiqəsində fortepiano üzrə solo ifa kateqoriyasında çoxsaylı mükafatlar qazanıb. O cümlədən, Mədəniyyət Nazirliyi, Mərkəzi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında 2023-cü ildə rəsm nominasiyası üzrə 2-ci olub.





Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…