Operativ Məlumat Mərkəzi

Kiberdələduzlar saxta lotereya kampaniyası keçirirlər - XƏBƏRDARLIQ

1 dəq
Paylaş:
Kiberdələduzlar saxta lotereya kampaniyası keçirirlər - XƏBƏRDARLIQ

tərəfindən "www.pashalato.com" adı altında saxta veb-sayt yaradılıb. Dələduzlar veb-sayt vasitəsilə "PashaPay" MMC-nin adından istifadə edərək, saxta lotereya kampaniyası keçirirlər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Mərkəzindən bildirilib.

Qeyd olunub ki, vətəndaşlardan saxta kampaniyada iştirak etmək üçün veb-saytda müvafiq bölməyə daxil olduqdan sonra ad, soyad, fin kod və kartı kimi fərdi məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax