"Apple" yaxın iki-üç il ərzində Hindistanda hər il 50 milyondan çox "iPhone" istehsal etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Qeyd olunub ki, Hindistan qlobal "iPhone" istehsalının dörddə birini təşkil edəcək və bu pay onilliyin sonuna qədər artacaq.
Cənubi Karnataka əyalətində inşa edilən Foxconn zavodunun aprel ayında fəaliyyətə başlayacağı və yaxın iki-üç il ərzində hər il 20 milyon mobil telefon, əsasən "iPhone" istehsal edəcəyi gözlənilir.