Əsas məzmuna keç

Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilib

Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilib

bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan...

və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını edən dairə dəqiqləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını bu subyektlərdə müəyyən edilmiş hərbi xidmət müddətlərini başa vurmuş hərbi qulluqçular, habelə öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul digər hərbi vəzifəli vətəndaşlar təşkil edirlər.

Dəyişikliyə əsasən, artıq konkret olaraq bu subyektlərdə həqiqi hərbi xidmətdən buraxılaraq öz ehtiyatlarına keçirilmiş hərbi vəzifəlilər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edəcək.

Öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar isə yenə də kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edəcək.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…