Operativ Məlumat Mərkəzi

Kərim Vəliyev HHQ hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb - FOTO

1 dəq
Paylaş:
Kərim Vəliyev HHQ hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb - FOTO

Müdafiə nazirinin birinci müavini – Ordusunun Baş Qərargah rəisi general-polkovnik və nazirliyin digər vəzifəli şəxsləri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrinin - fəaliyyətini yoxlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, K.Vəliyev hərbi aviasiya bazalarından birində uçuş və texniki heyətlə görüşüb, hərbi aviasiyanın uçuş hazırlığının səviyyəsi, aviasiya vasitələrinin manevr imkanları və effektiv döyüş tətbiqi, habelə qalxma-enmə zolaqlarının mövcud vəziyyəti ilə maraqlanıb.

Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunun kursantları ilə görüşən general-polkovnik tədris müddətində onların döyüş hazırlığı və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah və texnikanın praktiki mənimsənilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax