Operativ Məlumat Mərkəzi

Keniyada 42 qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Keniyada 42 qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb

Keniya polisi Nayrobidə gecəqondularda 42 qadının qətlində şübhəli şəxsi saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs Kayole regionunda saxlanılıb. Keniya Departamentinin rəhbəri Mohamed Amin deyib ki, saxlanılan şəxs iki il ərzində 42 qadını öldürdüyünü etiraf edib.

Daha əvvəl Nayrobidə yerləşən “Kvare” adlı gecəqondudakı zibillikdə 9 qadın cəsədinin tapıldığı barədə məlumat verilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax