ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə Vaşinqtonda görüşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Netanyahunun Konqresdəki çıxışından bir neçə gün əvvəl baş tutacaq görüş, Baydenin oktyabrda HƏMAS-ın Əqsa tufanı əməliyyatından sonra İsrailə səfərindən sonra baş nazirlə ilk görüşü olacaq.
Netanyahu Ağ Evə sonuncu dəfə 2022-ci ilin dekabrında yenidən vəzifəyə gələndə səfər edib.
Bayden keçən ay İsrail və Həmas arasında davam edən atəşkəs danışıqları üçün hər iki tərəfə təklif təqdim etmişdi.
Lakin İsrail ordusunun Qəzza zolağında davam edən hücumları səbəbindən atəşkəs ehtimalı azaldığı düşünülür.