Operativ Məlumat Mərkəzi

Keçən il Azərbaycan Ordusunda özünü öldürmə həddinə çatdırma cinayətləri azalıb

2 dəq
Paylaş:
Keçən il Azərbaycan Ordusunda özünü öldürmə həddinə çatdırma cinayətləri azalıb

2023-cü illə müqayisədə 2024-cü ildə qeydə alınan öldürmə həddinə çatdırma cinayətləri 20,0 faiz azalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev Hərbi Prokurorluqda 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasında deyib.

O bildirib ki, alma və rüşvət vermə cinayətləri 53,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 33,6 faiz, hərbi vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 52,9 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 31,1 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 21,4 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 71,4 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 88,2 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 faiz, vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 20,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,4 faiz, və xuliqanlıq cinayətləri 60,0 faiz azalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax