Operativ Məlumat Mərkəzi

"Kapital Bank"ın Müşahidə Şurasının yeni sədri kimdir? - DOSYE

2 dəq
Paylaş:
"Kapital Bank"ın Müşahidə Şurasının yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimi kimi, " Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri Rövşən vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ) sədri təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" Rövşən Allahverdiyev dosyesini təqdim edir.

Rövşən Allahverdiyev 11 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-1997-ci illərdə Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” fakültəsində oxuyub. İxtisasca iqtisadçıdır. Hələ ali məktəbdə oxuduğu zaman, 1992-ci ildə ilk özəl banklardan olan "Xəyal Bank"da işləməyə başlayıb.

1996-cı ildən 2002-ci "Arko Bank"da işləyib və İdarə sədrinin müavini vəzifəsinə qədər yüksəlib. 2002-ci ildə "Zamin Bank"da işləyib. 2003-cü ildə Qafqaz "İnkişaf Bank"da İdarə Heyəti sədrinin müavini olub. Sonra 2006-cı ilədək "Texnika Bank"da işləyib

2007-2013-cü illər ərzində "Paşa Bank"da İdarə Heyəti sədrinin müavini vəzifəsində olub. 2013-cü ilin iyununda "Kapital Bank"ın İdarə Heyətinin sədri kimi çalışıb.
Rövşən Allahverdiyev "Kapital Bank"dakı filial şəbəkəsinin və biznes proseslərin transformasiyası layihəsinə rəhbərlik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax