Operativ Məlumat Mərkəzi

İvanişvili Gürcüstanın baş naziri vəzifəsinə namizədi irəli sürəcək

1 dəq
Paylaş:
İvanişvili Gürcüstanın baş naziri vəzifəsinə namizədi irəli sürəcək

“Gürcü arzusu - Demokratik ” partiyasının sədri, milyarder Bidzina İvanişvili partiyanın yenilənmiş nizamnaməsinə əsasən, ölkənin vəzifəsinə namizəd sürmək səlahiyyətini alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Yeni nizamnaməyə görə, siyasi şura partiyanın fəxri sədrinin namizədliyini irəli sürməklə Gürcüstanın baş nazirinin namizədliyini təsdiq etmək səlahiyyəti qazanıb. Bundan əlavə, partiyanın fəxri sədrinin və ya siyasi şuranın qərarı ilə partiyanın növbədənkənar qurultayı çağırıla bilər.

Qeyd olunub ki, siyasi şura partiyanın fəxri sədri və partiya qurultayında seçilən 15 üzvdən ibarətdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax