Operativ Məlumat Mərkəzi

İTV Yayım Şurasına irəli sürülən namizədlərin siyahısı təsdiqlənib

2 dəq
Paylaş:
İTV Yayım Şurasına irəli sürülən namizədlərin siyahısı təsdiqlənib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Şurasının üzvlüyünə namizədlikləri sürülmüş şəxslərin siyahısı təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı məsələyə Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında baxılıb.

Siyahıda yer alan namizədlər aşağıdakılardır:

Həmkarlar İttifaqları Konfederasiyasından:

1. Cəfərov Həsən Şahhüseyn - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri
2. Talıbov Əzim Zahid oğlu - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Azərbaycan Milli Elmlər Akademiyasından:

1. Kərimli Teymur Həşim oğlu Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor
2. Xavəri Sərxan Abbas oğlu- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent

Azərbaycan Mətbuat Şurasından:

3. Həsrət Azər Hacıqulu oğlu Mətbuat Şurası İdarə Heyətinin üzvü
4. Fərəcov Aqil Ələsgər oğlu Mətbuat Şurası İdarə Heyətinin üzvü

Siyahı müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax