Əsas məzmuna keç

İsveçrə Ukraynaya 5,5 milyard dollarlıq əlavə yardımı dayandırıb

İsveçrə Ukraynaya 5,5 milyard dollarlıq əlavə yardımı dayandırıb

İsveçrə Parlamentinin Milli Şurası Kiyevə əlavə 4,8 milyard İsveçrə (5,5 milyard dolları) humanitar yardımın ayrılmasını nəzərdə tutan iki eyni təklifin əleyhinə səs verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında məlumatda deyilir.

Müvafiq olaraq, üzvlərindən 111-i təklifin əleyhinə, 73-ü lehinə, 4-ü isə bitərəf qalıb.

Milli Şuranın Xarici Komitəsi qeyd edib ki, hökumət 2028-ci ilə qədər inkişaf etməmiş ölkələrə yardım proqramları çərçivəsində Ukraynaya 1,5 milyard frank (1,7 milyard dollar) kredit ayırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…