Əsas məzmuna keç

İstanbuldakı terror aktından sonra 100-dən çox adam saxlanılıb

İstanbuldakı terror aktından sonra 100-dən çox adam saxlanılıb

bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc “TRT Haber” telekanalına açıqlamasında bildirib. “Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində...

Türkiyənin İstanbul şəhərində rayon məhkəməsinin binasının girişinə hücum, aktı ilə bağlı 100-dən çox adam saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc “TRT Haber” telekanalına açıqlamasında bildirib.

“Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. İstintaq hərtərəfli gedir, o cümlədən saxlanılanların xarici güclərlə əlaqəsi araşdırılır”, - nazir deyib.

Daha əvvəl 90 nəfərin saxlanıldığı bildirilirdi. İş İstanbul prokurorluğu tərəfindən araşdırılır.

Xatırladaq ki, hadisə fevralın 6-da günorta radələrində baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Çağlayan rayon məhkəməsinin binasının girişində hücum edənlər DHKP/C terror təşkilatının iki üzvü olub. Terror aktı nəticəsində 2 nəfər ölüb, üçü olmaqla 6 nəfər yaralanıb. Onlardan biri sonradan ölüb. Yerli KİV hücum günü məhkəmə binasında hücum edənlərdən birinin bacısının ittiham olunduğu işə baxıldığını bildirib. İstintaqın versiyasına görə, terrorçular onu azad etməyi planlaşdırmışdılar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…