Operativ Məlumat Mərkəzi

İsrailin Qəzzaya hücumları davam edir

2 dəq
Paylaş:
İsrailin Qəzzaya hücumları davam edir

İsrail ordusunun şiddətli hücum əməliyyatları davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, anklavın mərkəzində Nuseyrət şəhərindəki yaşayış binasına endirilən aviazərbə nəticəsində Əbu Nəbə ailəsinin bütün 7 üzvü – ata, ana, və 2-11 yaş aralığında olan 5 uşaq olub.

Meyitlər Qəzzanın mərkəzində yerləşən Əl-Əqsa Şəhidləri xəstəxanasına çatdırılıb. Zərbə nəticəsində ölən uşaqlardan ən kiçiyinin başı bədənindən qopub.

Bu hücum İsrail və HƏMAS arasında danışıqların bərpa olunması üçün təzyiqin artdığı bir vaxtda baş verib.

Sabah İsrail və HƏMAS rəsmilərinin həftələr sonra növbəti görüş keçirmələri planlaşdırılırdı. Lakin İsrailin hər şeydən savayı vətəndaşları hədəfə almağa davam etməsi və yaşlı-uşaq-qadın-xəstə demədən qarşısına çıxan bütün fələstinliləri vəhşicə qətlə yetirməsi HƏMAS-ı bu danışıqlardan çəkindirir.

Bundan başqa Bureyc qaçqın düşərgəsinə də hücumlar son sutkada davam edib. 3 aylıq körpə də daxil olmaqla ümumilikdə 6 nfər İsrail hərbçilərinin endirdiyi zərbələrin qurbanı olub.

Qəzza səhiyyə nazirliyinin yaydığı açıqlamada müharibənin davam etdiyi 10 ayda 115 körpə İsrailin hücumları nəticəsində həlak olub.

Ümumilikdə isə qətlə yetirilən fələstinlilərin sayı 40 mini keçib ki, bunun 70%-dən çoxunu mülki vətəndaşlar təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax