Operativ Məlumat Mərkəzi

İsrailin Qəzza zolağında növbəti hərbi əməliyyatlar planı təsdiqlənib

2 dəq
Paylaş:
İsrailin Qəzza zolağında növbəti hərbi əməliyyatlar planı təsdiqlənib

İsrail Ordusu Baş Qərargahının rəisi növbəti hərbi əməliyyatların planını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" "TASS"-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Conatan Konkrikus bildirib.

Mətbuat katibi planın Qəzza zolağının şimalında əməliyyatların başa çatmasından sonra həyata keçiriləcək mərhələ olduğunu deyib.

Onun sözlərinə görə, müharibənin ümumi hədəfi dəyişməz olaraq qalır: “Biz HƏMAS-ın bütün hərbi infrastrukturunu yarasız hala salıb, liderlərini zərərsizləşdirməklə İsrail dövlətinin təhlükəsizliyini təmin edəcəyik. Onlar ya təslim olacaqlar, ya da tunellərində öləcəklər”.

Mətbuat katibi bildirib ki, hadisələri qabaqlamayacaq, nə vaxt, harada və nə etməyi planlaşdırdıqlarını söyləməyəcək: “İsrail ordusu Baş Qərargahının rəisi general-leytenant Halevi əməliyyatın növbəti mərhələləri üçün təsdiqləyib. İsrail ordusu isə missiyamızı yerinə yetirməyə davam etməyə hazırdır, qadirdir və qərarlıdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax