Operativ Məlumat Mərkəzi

İspaniya hökumətindən Qəzza ilə bağlı İsrailə sərt xəbərdarlıq: “Annexiyanı qəbul etmirik”

2 dəq
Paylaş:
İspaniya hökumətindən Qəzza ilə bağlı İsrailə sərt xəbərdarlıq: “Annexiyanı qəbul etmirik”

İspaniya hökuməti İsrailin zolağını tamamilə işğal etmək planlarına qarşı kəskin mövqe sərgiləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin naziri Xose Manuel Albares yerli "Onda Cero" radiostansiyasına müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, İspaniya Qəzzanın və ya İordan çayının qərb sahilinin hər hansı qeyri-qanuni anneksiyasını qətiyyətlə rədd edir.

O, Avropa İttifaqını da tənqid edərək bildirib ki, qurum bu məsələdə "çox az və çox gec hərəkət edib".

Albares Aİ ilə İsrail arasında imzalanmış assosiasiya sazişinin dayandırılması çağırışını da yenidən gündəmə gətirib:

“İsrail Qəzzada çox ciddi cinayətlər törədir və buna laqeyd qalmaq olmaz”.

Bu açıqlama, İsrail mediasında yayılan və Binyamin Netanyahu hökumətinin Qəzza zolağının tam işğalına keçidi nəzərdən keçirdiyinə dair xəbərlər fonunda gəlib.

İsrailin nüfuzlu "Ynet" portalının məlumatına görə, siyasi rəhbərlik girovlarla bağlı danışıqların dalana dirənməsi səbəbilə, artıq diplomatik həll yolunu qeyri-mümkün sayır və bölgədə tam nəzarət planını ciddi şəkildə dəyərləndirir.

Hələlik baş nazir Netanyahu Qəzzanın tam işğalı ilə bağlı verməsə də, o dəfələrlə bəyan edib ki, müharibənin əsas məqsədi HƏMAS-ın hərbi-siyasi infrastrukturunu məhv etmək və bütün girovları geri qaytarmaqdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax