Operativ Məlumat Mərkəzi

İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü keçirilir

2 dəq
Paylaş:
İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü keçirilir

Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində --Türkiyə Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü başlayıb. Əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə şöbəsindən xəbər verilib.

Tədbirdə Milli Məclisin sədri , Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər. Parlament sədrləri ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağımıza güclü təkan verəcəyinə inam ifadə ediblər.

İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimi başlayıb.

Qeyd edək ki, Üçtərəfli Görüş bu gün parlament spikerlərinin çıxışı və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax