Əsas məzmuna keç

İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü keçirilir

İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü keçirilir

Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü başlayıb. Əvvəlcə...

Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü başlayıb. Əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə şöbəsindən xəbər verilib.

Tədbirdə Milli Məclisin sədri , İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər. Parlament sədrləri ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağımıza güclü təkan verəcəyinə inam ifadə ediblər.

İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimi başlayıb.

Qeyd edək ki, Üçtərəfli Görüş bu gün parlament spikerlərinin çıxışı və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…