Operativ Məlumat Mərkəzi

İranla sərhədyanı ərazilərdə yeni nəsil mobil şəbəkələr tətbiq ediləcək

2 dəq
Paylaş:
İranla sərhədyanı ərazilərdə yeni nəsil mobil şəbəkələr tətbiq ediləcək
Azərbaycan İranla sərhədyanı ərazilərdə 700/800 MHz tezlik zolaqlarında televiziya yayımının boşaldılması istiqamətində işlər görür. Bu barədə "Operativ...

İranla sərhədyanı ərazilərdə 700/800 MHz zolaqlarında televiziya yayımının boşaldılması istiqamətində işlər görür.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nazirliyindən bildirilib.

Məlumata görə, 10-12 iyun tarixində Bakıda İran tərəfi ilə keçirilən görüşlərdə televiziya və radio yayımları sahəsi üzrə razılaşmalar əldə olunub.

Nazirlikdən bildirilib ki, razılaşmaların əsas məqsədi televiziya və radio yayımlarının texniki tənzimlənməsidir. Bu, yayım siqnalları arasında qarşılıqlı maneələrin yaranmasının qarşısını almağa xidmət edir.

Razılaşmalar çərçivəsində İranla sərhədyanı ərazilərdə 700/800 MHz tezlik zolaqlarında televiziya yayımının boşaldılması yeni nəsil rabitə şəbəkələrinin tətbiqi və inkişafı məqsədi daşıyır.

Qeyd edək ki, 700 MHz və 800 MHz tezlik diapazonları uzun illər əsasən televiziya və FM radio yayımı üçün istifadə olunub. Dünyada artıq çoxdan 700 MHz və 800 MHz tezlikləri mobil operatorlara ayrılıb. Avropa İttifaqı və ITU ( Telekommunikasiya İttifaqı) ölkələri bu zolaqları əsasən 4G/5G üçün istifadəyə veriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax