Operativ Məlumat Mərkəzi

İranın şimalındakı hava limanı xarici uçuşlara açıldı

1 dəq
Paylaş:
İranın şimalındakı hava limanı xarici uçuşlara açıldı

İranın şimalında Gilan əyalətindəki hava limanının 1 ay sonra yenidən xarici uçuşlara açıldığı bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Gilan Hava Limanının baş direktoru Muhsin Mir , Gilan əyalətində yerləşən Cəngəl Hava Limanının uçuşların həyata keçirilməsi üçün zəruri infrastruktur və standartlara sahib olduğunu, ilk uçuşun isə dünən Bağdada həyata keçirildiyini bildirib.

İranlı rəsmi, yaxın zamanda Gilandan Rusiyanın Astraxan şəhərinə müntəzəm reyslərin də başlayacağını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax