İranın şimalında yerləşən Gilan əyalətindəki hava limanının təxminən 1 ay sonra yenidən xarici uçuşlara açıldığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Gilan Hava Limanının baş direktoru Muhsin Mir Hüseyni, Gilan əyalətində yerləşən Serdar Cəngəl Hava Limanının beynəlxalq uçuşların həyata keçirilməsi üçün zəruri infrastruktur və standartlara sahib olduğunu, ilk uçuşun isə dünən Bağdada həyata keçirildiyini bildirib.
İranlı rəsmi, yaxın zamanda Gilandan Rusiyanın Astraxan şəhərinə müntəzəm reyslərin də başlayacağını bildirib.