Operativ Məlumat Mərkəzi

İrandan Rusiyaya “gavalı və üzüm” aparan avtomobildən 76 kiloqramdan çox narkotik aşkar edilib

1 dəq
Paylaş:
İrandan Rusiyaya “gavalı və üzüm” aparan avtomobildən 76 kiloqramdan çox narkotik aşkar edilib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Komitəyə istinadən xəbər verir ki, Astara Gömrük İdarəsində ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “gavalı və üzüm” yükü aparan vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli müşahidə olunduğundan nəqliyyat vasitəsindəki yüklər boşaldılıb, kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlama aparılıb.

itin reaksiyasına əsasən üzüm yükü olan 80 yeşikdən gömrük nəzarətindən gizlədilən, ümumi xalis çəkisi 76 kq 135 qram təşkil edən narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax