Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO - 30.07.2025

1 dəq
Paylaş:
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO - 30.07.2025

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik , maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, DSX Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınb. Keçirilmiş sərhəd axtarışı və tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 17 kiloqram 450 qram (11 kq 450 qram marixuana, 6 kq həşiş) və 4950 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax