Operativ Məlumat Mərkəzi

İrakli Kobaxidze Ermənistana səfər edib

2 dəq
Paylaş:
İrakli Kobaxidze Ermənistana səfər edib

Gürcüstanın İrakli Kobaxidzenin Ermənistana səfəri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Məlumata görə, hökumət başçısını İrəvanın Zvartnots Hava Limanında baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb.

Qeyd edilib ki, səfər çərçivəsində İ.Kobaxidze Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüş keçirəcək. Həmçinin, iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Ermənistan iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.

İclas başa çatdıqdan sonra İ.Kobaxidze və N.Paşinyan media üçün birgə bəyanatlar verəcəklər.

Gürcüstan Baş nazirini müşayiət edən heyətin tərkibinə baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, məcburi köçkünlər, əmək, səhiyyə və naziri Mixeil Sarcvelaadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax