Operativ Məlumat Mərkəzi

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

1 dəq
Paylaş:
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

İqtisadiyyat Nazirliyinin kollektivi 20 Yanvar - Gününün 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, müstəqilliyimiz, bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

1990-cı il yanvarın 20-si qəhrəman xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Bu tarix milli oyanış prosesini sürətləndirib, Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. 20 Yanvar xalqımızın tarixi yaddaşında əbədi iz buraxıb, şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax