Əsas məzmuna keç

İndoneziyada Semeru vulkanı kül püskürməyə başlayıb

İndoneziyada Semeru vulkanı kül püskürməyə başlayıb

birinci partlayış səhər saat 7:10-da, ikincisi isə 8:40-da baş verib. Partlayışların hər biri 81-110 saniyə arasında davam edib. Səlahiyyətlilər...

İndoneziya Müşahidə Stansiyasının rəsmisi Sigit Rian Alfian yerli mətbuata açıqlama verərək, bu gün 16 püskürmənin baş verdiyi vulkanın ətraf mühitə, xüsusilə şimal-şərqə böyük miqdarda qaynar səpməyə başladığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, birinci partlayış səhər saat 7:10-da, ikincisi isə 8:40-da baş verib. Partlayışların hər biri 81-110 saniyə arasında davam edib.

Səlahiyyətlilər Semerudakı aktivliyə görə bölgə xalqına diqqətli olmaları barədə xəbərdarlıq edərək, vulkanın təsirinə məruz qalan ərazinin aktivliyin intensiv olduğu şimal-şərqdə 13 , digər bölgələrdə isə 5 kilometr olduğunu bildirib.

Digər tərəfdən, 2021-ci ilin dekabrında vulkanın püskürməsi nəticəsində 34 nəfər ölüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…