Əsas məzmuna keç

İmişlidə 10 yaşlı uşaq kanalda batıb

İmişlidə 10 yaşlı uşaq kanalda batıb

İmişli rayonunun Qaragüvəndikli kəndində su kanalında batan 10 uşağın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış cəlb edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…