Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Zəngəzur bir çox ölkələri birləşdirəcək

2 dəq
Paylaş:
İlham Əliyev: Zəngəzur bir çox ölkələri birləşdirəcək

Zəngəzur bir çox ölkələri birləşdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.

qeyd edib ki, Zəngəzurda nəqliyyat yolundan danışanda təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşməsindən danışmırıq.

“Söhbət əhəmiyyətli nəqliyyat dəhlizindən gedir”.

Prezident bildirib ki, nəqliyyat-logistika infrastrukturuna çox fəal şəkildə investisiya yatırır.

"Son illər ərzində milyardlarla dollar yatırılıb, Xəzərdə ən böyük beynəlxalq ticarət limanı tikilib", - İlham Əliyev bildirib.

O, həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin qabiliyyətinin potensialı ilkin mərhələdə Azərbaycan tərəfindən 15 milyon ton həcmində qiymətləndirilir.

İlham Əliyev, Azərbaycanın Ermənistan və İranla sərhəd qovşağına qədər dəmir yolunun tikintisini demək olar ki, başa çatdırdığını vurğulayıb.

"Yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında, bu dəmir yolunun Azərbaycan hissəsi tikiləcək", - o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax