Əsas məzmuna keç

İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub

İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb,...

Martın 29-da İlham Əliyevlə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə İlham Əliyevə və xalqına təbriklərini çatdırıb, firavanlıq və ruzi-bərəkət arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı, qardaş Türkiyə xalqını bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları qardaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb və tezliklə yenidən görüşəcəkləri ilə bağlı ümidvarlıqlarını ifadə ediblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…