Operativ Məlumat Mərkəzi

İlham Əliyev Trampa: İlk prezidentlik dövrünüzdə Azərbaycan-ABŞ əlaqələrinin möhkəmlənməsinə böyük diqqət ayırırdınız

2 dəq
Paylaş:
İlham Əliyev Trampa: İlk prezidentlik dövrünüzdə Azərbaycan-ABŞ əlaqələrinin möhkəmlənməsinə böyük diqqət ayırırdınız

Siz birinci dövrünüzdə ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə İlham Əliyevin Donald Trampın ABŞ-nin ikinci dəfə prezident seçilməsi ilə bağlı təbrik məktubunda deyilir:

“Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim”.

qeyd edib ki, Azərbaycan Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, , enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindədir:

“İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax