Operativ Məlumat Mərkəzi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

2 dəq
Paylaş:
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

İlham Əliyev mayın 15-də Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Prezidentin Xidməti məlumat yayıb

Dövlətimizin başçısı Türkiyədə keçirilən və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax