Operativ Məlumat Mərkəzi

İlham Əliyev: "İkinci Qarabağ müharibəsindən sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub"

2 dəq
Paylaş:
İlham Əliyev: "İkinci Qarabağ müharibəsindən sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub"

"İkinci müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox vətəndaşı mina terrorunun olmuşdur. Dünənki terror aktı bu sıradan olan hadisə idi".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İlham Əliyev xalqa müraciətində deyib.

Dövlətimizin başçısı bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Bu, bir daha onu göstərir ki, bu minalar İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün məqsədyönlü şəkildə gətirilmişdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax