Əsas məzmuna keç

İlham Əliyev bu məbləği artırdı - FƏRMAN

İlham Əliyev bu məbləği artırdı - FƏRMAN

bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 068 400 000 (bir milyard altmış səkkiz milyon...

İpoteka və Zəmanət Fondunun Nizamnaməsinə dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 068 400 000 (bir milyard altmış səkkiz milyon dörd yüz min) manatdan “1 153 400 000 (bir milyard yüz üç milyon dörd yüz min) manata qaldırılır.

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2025-ci ilin dövlət büdcəsindən ayrılan 85 000 000 (səksən beş milyon) manat hesabına təmin ediləcək.
Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.

Fonda bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…