Əsas məzmuna keç

III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün üç növdə çıxış edəcəklər

III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün üç növdə çıxış edəcəklər

Polşada təşkil olunan III Avropa Oyunları davam edir. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, yarışın beşinci günündə Azərbaycan idmançıları...

Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, yarışın beşinci günündə idmançıları üç növdə mübarizə aparacaqlar.

Atıcılıqda iki idmançı fərdi növdə, eyni zamanda, qadınlardan komanda qüvvəsini sınayacaq. Millinin üç boksçusu rinqə çıxacaqsa, taekvondoçu medal qazanmağa çalışacaq.

Atıcılıq

11:00. Regina Meftəhəddinova, Nurlana Cəfərova (skit)
13:00. Nərimə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)

Taekvondo
13:36. Kişilər: Cavad Ağayev (68 kq)

Boks

Qadınlar

20:15. 54 kq, 1/16
Zeynəb Rəhimova – Lenuta Periyoç (Rumıniya)

Kişilər

20:45. 80 kq, 1/16 final
Murad Allahverdiyev – Kevin Şumann (Almaniya)

22:15. 92 kq, 1/16 final
Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)

Qeyd edək ki, Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…