Operativ Məlumat Mərkəzi

IFC Azərbaycanı qlobal dayanıqlı su infrastrukturu proqramına daxil edib

2 dəq
Paylaş:
IFC Azərbaycanı qlobal dayanıqlı su infrastrukturu proqramına daxil edib

Maliyyə Korporasiyası (IFC) Azərbaycanı dayanıqlı su infrastrukturu proqramına daxil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.

“Dünyada su problemi dərinləşir və bu prosesdən kənarda deyil. Ölkədə artıq su qıtlığı hiss olunur, havaların qeyri-sabit olması isə vəziyyəti daha da pisləşdirir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu innovativ güzəştli maliyyə həlli, dünyanın ən böyük iqlim fondu olan Yaşıl İqlim Fondu ilə xarakterli çərçivəsində həyata keçirilir.

"Proqram su və iqlim əlaqəsinin artan əhəmiyyətini vurğulayaraq, su və kanalizasiya layihələrinin işləkliyini və əlverişli maliyyələşdirmə imkanlarını dəstəkləyəcək. Bu təşəbbüs Azərbaycanın su və tullantı suları sektoruna özəl investisiyalar üçün güzəştli maliyyəyə çıxışını təmin edəcək, həmçinin su və kanalizasiya layihələri üçün dövlət-özəl tərəfdaşlığı modelinin strukturlaşdırılmasında qrant maliyyəsi ilə dəstək olacaq", - A. Əzimova əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax