Operativ Məlumat Mərkəzi

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda dövlət satınalmaları ilə bağlı nöqsanlara yol verilib

2 dəq
Paylaş:
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda dövlət satınalmaları ilə bağlı nöqsanlara yol verilib
Hesablama Palatası İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda dövlət satınalmalarının keçirilməsi ilə bağlı nöqsanlar aşkarlayıb. Bu barədə "Operativ...

Hesablama Palatası İçərişəhər Dövlət Tarix- Qoruğunda dövlət satınalmalarının keçirilməsi ilə bağlı nöqsanlar aşkarlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Palatadan bildirilib.

Belə ki, "Multani" vә "Buxara" Karvansaraylarının tәmir-bәrpa işlәrinә ayrılmış vәsaitlәr üzrә bir mәnbәdәn satınalma metodundan istifadәyә Azәrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasәti vә İstehlakçıların Hüquqlarının Müdafiәsi Xidmәtinin mәktubunda vergilәr daxil 14968961,72 manat müqavilәnin bağlanmasına razılıq verilsә dә, "Dövlәt satınalmaları haqqında" Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinin tәlәblәrinә әmәl edilmәdәn qeyri-rezidentlә bağlanmış müqavilәlәrin dәyәri AVRO-nun tarixinә olan mәzәnnәsinә görә 20292853,8 manat tәşkil edib. Müqavilә üzrә ümumilikdә 19950722,02 manat, auditlә әhatә olunan dövrdә isә 13498515,9 manat mәblәğindә vәsait xәrc edilmişdir. 5. İdarәnin Muzey Mәrkәzi tәrәfindәn tәlim dәrslәrinin hәyata keçirilmәsi mәqsәdi ilә bağlanılmış müqavilә üzrә vәsaitin icraçıya tam ödәnimәsinә baxmayaraq müqavilә öhdәliyi üzrә işlәr (xidmәtlәr) sifarişçiyә tәhvil verilmәmiş, müqavilәlәrin gecikmә ilә yerinә yetirilmәsinә görә isә cәrimәlәr tәtbiq edilmәyib.

2022-ci ildә maşın vә avadanlıqların satın alınması üzrә bağlanılmış müqavilәnin icrası çәrçivәsindә icraçı şirkәt tәrәfindәn tәhvil verilmiş kompüter vә ofis avadanlıqlarının texniki spesifikasiyalarındakı uyğunsuzluğa görә artıq vәsait ödәnilib.

Mәtbәә mallarının alışına, pәrdә materialının alışına vә dizinfeksiya, dezinseksiya vә deratizasiya xidmәtlәrinin göstәrilmәsinә görә bağlanmış müqavilәlәr üzrә elektron qaimәfakturanın forması, tәtbiqi, uçotu vә istifadәsinın tәlәblәri gözlәnilmәdәn ödәniş hәyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Turizm

Hamısına bax