Operativ Məlumat Mərkəzi

I siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçiminin vaxtı dəyişdirilib

1 dəq
Paylaş:
I siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçiminin vaxtı dəyişdirilib

2025–2026-cı ili üzrə birinci sinfə şagirdlərin qeydiyyatı prosesi çərçivəsində https://məktəbəqəbul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə bölməsi üzrə məktəb və prosesinin vaxtı dəyişdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MÜTDA-dan məlumat verilib.

Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may 2025-ci il saat 15:00-da aktivləşəcək.

Rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə 6 may 2025-ci il saat 11:00-da start veriləcək.

"Valideynlərdən və qanuni nümayəndələrdən portalda aparılan yenilikləri diqqətlə izləmələri və göstərilən tarixlərə uyğun şəkildə qeydiyyat prosesində iştirak etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax