Operativ Məlumat Mərkəzi

Husilər Qırmızı dənizdə Rusiyadan gələn gəmiyə ciddi ziyan vurublar

2 dəq
Paylaş:
Husilər Qırmızı dənizdə Rusiyadan gələn gəmiyə ciddi ziyan vurublar

Yəmənin "Ansar Allah" üsyançı hərəkatının husiləri pilotsuz qayığı dənizdə Yunanıstanın "" gəmisinə endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"İran tərəfindən dəstəklənən, ekipajsız husilərə suüstü aparat Qırmızı dənizdə Liberiya bayrağı altında üzən, Yunanıstana məxsus və idarə olunan "Tutor" ticarət gəmisinə zərbə endirib. "Tutor" gəmisi sonuncu dəfə Rusiyaya yan alıb", - məlumatda deyilir.

Hücum nəticəsində mühərrik bölməsi zədələnib və gəmidə geniş sızma meydana gəlib. Zərərçəkənlər barədə məlumat verilmir.

Bundan əvvəl husilərin nümayəndəsi Yəhya Saria “Tutor”un ciddi ziyan gördüyünü, bata biləcəyini söyləyib. O, gəminin "sahib olduğu şirkətin işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğu" üçün hücuma məruz qaldığını iddia edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax