Operativ Məlumat Mərkəzi

Hindistanda hava çirkliliyi davam edir

2 dəq
Paylaş:
Hindistanda hava çirkliliyi davam edir

Hindistanın paytaxtı Yeni Dehlidə hava keyfiyyəti 8 gündür çox pis səviyyədə qalır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Yeni Dehlidə 24 orta Hava Keyfiyyəti İndeksi (AQI) 370 olaraq ölçülüb.

göstərir ki, Yeni Dehlidə hava keyfiyyəti 8 gündür “çox pis” kateqoriyasında qalır.

Mərkəzi Çirklənmə İdarəetmə Şurası hava keyfiyyətinin bazar ertəsi 351, çərşənbə 374, çərşənbə günü isə 392 olduğunu açıqlayıb.

Mütəxəssislər hava çirklənməsi vəziyyətini ictimai sağlamlıq fövqəladə vəziyyəti kimi qiymətləndirirlər.

Həkimlər maskaların və hava təmizləyicilərinin müəyyən qoruma təmin etdiyini, lakin problemin həlli üçün il boyu davamlı siyasət dəyişikliyinə ehtiyac olduğunu vurğulayıblar.

Xəstəxanalarda tənəffüs və hava çirkliliyi ilə əlaqəli halların 10–15 faiz artdığı bildirilib.

Bir sorğuya görə, Yeni Dehlidəki hər 10 evdən 8-də son bir ay ərzində ən azı bir nəfər hava çirklənməsi səbəbindən xəstələnib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax