Operativ Məlumat Mərkəzi

Hindistanda fil sürüsü insanlara hücum etdi - ölənlər var

2 dəq
Paylaş:
Hindistanda fil sürüsü insanlara hücum etdi - ölənlər var
bununla bağlı xarici KİV məlumat yayıb. İlk hücum 16 dekabrda, yerli vaxtla axşam saatlarına yaxın baş verib.  Şahidlərin sözlərinə görə, ərazi sakinləri...

Hindistanın ştatında sayı 42 filin sürü daxil olduqları kəndlərin sakinlərinə hücum edərək bir neçə saat ərzində 4 nəfərin ölümünə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İlk hücum 16 dekabrda, yerli vaxtla axşam saatlarına yaxın baş verib.

Şahidlərin sözlərinə görə, sakinləri yol kənarında dincələn fil sürüsünə yaxınlaşaraq onlarla şəkil çəkdirməyə çalışıblar.

Fillərdən biri həddindən artıq yaxınlaşan 33 kişini tapdalayıb öldürüb.

Gecənin irəliləyən saatlarında eyni sürü başqa bir kəndə daxil olduqdan sonra fillərin çıxardığı yüksək səsdən qorxan sakinlər evlərindən qaçmağa başlayıblar.

Yaranan qarışıqlıq zamanı 40 və 45 yaşlarında iki qadın fillər tərəfindən tapdalanaraq həyatını itirib.

Sonradan sürünün hücumuna məruz qalan 35 yaşlı motosiklet sürücüsü də ölüb.

Sürünün daxil olduğu kəndlərdə yaralananların olduğu, həmçinin evlərə ziyan dəydiyi bildirilib.

Bölgə rəsmiləri qruplar halında hərəkət edən sürünün 42 fildən ibarət olduğunu açıqlayıb.

Qeyd olunur ki, sürü hələ də bölgədə aktivdir və hüquq-mühafizə orqanları əraziyə cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax