Operativ Məlumat Mərkəzi

HHQ-nin helikopter bölmələri şərti düşmənin yerüstü hədəflərini məhv ediblər

1 dəq
Paylaş:
HHQ-nin helikopter bölmələri şərti düşmənin yerüstü hədəflərini məhv ediblər

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, uçuşdan əvvəl xəritə üzərində dəqiqləşdirilib, hədəf hesabatı aparılıb və şəxsi heyətə qaydaları çatdırılıb.

Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda düşmənin hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

"Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib", - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax