Operativ Məlumat Mərkəzi

HHQ komandanı: İrana yeni model “Su” qırıcı təyyarələri lazımdır

2 dəq
Paylaş:
HHQ komandanı: İrana yeni model “Su” qırıcı təyyarələri lazımdır

İran Hava Qüvvələrinə (HHQ) yeni “Su” qırıcı təyyarələri lazımdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran HHQ komandanı, briqada generalı Həmid Vahidi İran Dövlət Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsinin HHQ arsenalına istehsalı olan “Su” təyyarələrinin yeni modelləri lazımdır, lakin onların İrana nə vaxt gətiriləcəyi barədə məlumatı yoxdur və bu məsələ yüksək rütbəli məmurlarının qərarından asılıdır.

Vahidi qeyd edib ki, "Eagle 44" yeraltı hərbi bazası təhlükəsiz yerdə qurulub və oranı heç kim bombardman edə bilməz. İran həmçinin bu tip digər bazaların gələcəkdə açılmasını planlaşdırır. HHQ komandanı “F4” döyüş təyyarələrinin təkmilləşdirilməsi layihəsinə də toxunub: “F4” təyyarəsinin radar və silah sistemləri yenilənib. Qırıcı təyyarənin “hava-hava” və “hava-yer” raketlərinin atış məsafəsi artırılıb, avadanlıqlarının 80 faizdən yenilənib".

Vahidi onu da əlavə edib ki, Şəhid Səttari Universitetində PUA məktəbi fəaliyyətə başlayıb: "Biz artıq bir neçə ildir ki, PUA sahəsi üzrə pilotlar hazırlayırıq və bu sahədə əməkdaşlığa hazır olduğumuzu dost ölkələrə bildirmişik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax