Operativ Məlumat Mərkəzi

Heydər Əliyev Fondu azad olunan ərazilərdə kilsə və məscidlərin bərpası istiqamətində işləri davam etdirir

2 dəq
Paylaş:
Heydər Əliyev Fondu azad olunan ərazilərdə kilsə və məscidlərin bərpası istiqamətində işləri davam etdirir

XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsinin, Ermənistanın Azərbaycana vurduğu ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərər Fondunun daim diqqət mərkəzində saxladığı mövzulardır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun departament direktoru Soltan parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin digər bir mühüm aspekti həyata keçirilən layihələrin -ideoloji və siyasi məzmunu ilə bağlıdır.

S.Məmmədov qeyd edib ki, Fond işğaldan olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də fəal iştirak edir: “Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhər Ağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib”.

Deputat vurğulayıb ki, Aşağı Gövhər Ağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax