Operativ Məlumat Mərkəzi

Hərbi Hava Qüvvələrinin zabiti həbs edilib

1 dəq
Paylaş:
Hərbi Hava Qüvvələrinin zabiti həbs edilib

Müdafiə Nazirliyinin Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Ülvi oğlu barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə qətimkan tədbiri seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublikası Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Həsənov Ülvi Bəxtiyar oğluna Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilmiş, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax