Operativ Məlumat Mərkəzi

HƏMAS İsrailin Qəzzadan qoşunlarını çıxarmaq tələbini rədd edir

2 dəq
Paylaş:
HƏMAS İsrailin Qəzzadan qoşunlarını çıxarmaq tələbini rədd edir

-ın sözçüsü Hazem İsrailin Qəzza zolağından qoşunlarını çıxarmaq və etmək tələbini rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, bu cür tələbləri psixoloji müharibə adlandırıb.

Qassem Qəzza zolağının gələcəyi ilə bağlı istənilən razılaşmanın milli konsensus əsasında əldə ediləcəyini deyib.

O həmçinin qeyd edib ki, hərəkat danışıqların ikinci mərhələsinə hazırdır və razılıq əldə edildikdə bütün girovlar dərhal geri qaytarılacaq və bu, daimi atəşkəsə gətirib çıxaracaq.

Bundan əvvəl İsrailin Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında atəşkəsin ikinci mərhələsi üçün İsrailin şərtlərinin HƏMAS-ın tərksilah edilməsi, mövcud olmaması və Fələstin Administrasiyasının müharibədən sonra ərazini idarə etməsinə icazə verməməsi olduğunu deyib.

HƏMAS-ın 20 fevralda dörd israilli girovun cəsədini İsrailə təhvil verəcəyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax