Əsas məzmuna keç

İsrail HƏMAS-dan Trampın atəşkəs təklifinə cavab gözləyir

İsrail HƏMAS-dan Trampın atəşkəs təklifinə cavab gözləyir

bu barədə Baş nazirin dəftərxanasından bildirilib. "Onların cavabının necə olacağını təxmin edə bilmərik", - dəftərxanadan bəyan ediblər. Daha əvvəl...

İsrail hökuməti qruplaşmasından Prezidenti Trampın atəşkəslə bağlı təklifinə rəsmi cavab gözləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasından bildirilib.

"Onların cavabının necə olacağını təxmin edə bilmərik", - dəftərxanadan bəyan ediblər.

Daha əvvəl Yaxın Şərq KİV-lərinin yaydığı məlumata görə, HƏMAS rəsmiləri vasitəçilərə Trampın planını müzakirə etmək üçün daha çox vaxt lazım olduğunu bildiriblər.

Xatırladaq ki, sentyabrın 29-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahu arasında danışıqlar aparılıb. Danışıqların nəticəsinə əsasən, Qəzzada vəziyyətin nizamlanması ilə bağlı 21 bənddən ibarət planı qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…