Operativ Məlumat Mərkəzi

"HƏMAS İsrailə 10 il müddətinə atəşkəs təklif etməyə hazırdır"

2 dəq
Paylaş:
"HƏMAS İsrailə 10 il müddətinə atəşkəs təklif etməyə hazırdır"

"HƏMAS hərəkatı münaqişənin Fələstin dövlətinin yaradılması prosesinin bir hissəsi kimi İsrailə 5, 7 və ya 10 il müddətinə və ya etməyə hazırdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri HƏMAS-ın üzvü Bassem Naim deyib.

"Burada, ilk növbədə, ABŞ prezidenti Donald Trampın Qəzza sektoruna dair sülh planının birinci mərhələsinin tam başa çatdırılmasından, ikinci növbədə isə nəticəsində müstəqil Fələstin dövlətinin yaranacağı siyasi prosesin başlanmasından söhbət gedir. Bu müddət ərzində biz 5, 7, 10 illik atəşkəsə və ya müvəqqəti barışığa getməyə hazırıq", - o deyib.

Naim həmçinin bəyan edib ki, Fələstin hərəkatı daha da gərginləşmədən və ya davam edən döyüşlərdən qaçmaq üçün İsraillə danışıqlarda hərtərəfli yanaşmaya hazırdır.

O, təfərrüatları açıqlamadan qeyd edib ki, HƏMAS silahları yerə qoymağı və ya dondurmağı nəzərdən keçirə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax