Operativ Məlumat Mərkəzi

Həftəsonu bank kartlarından 46 min manat oğurlanıb

2 dəq
Paylaş:
Həftəsonu bank kartlarından 46 min manat oğurlanıb

"Vətəndaşların kartlarından oğurluqlar davam edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər məxsus sistemlərə giriş üçün lazım olan loqin və , kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar", DİN-dən bildirilib.

Məlumata görə, mayın 3-də və 4-də -ayrı vətəndaşların müxtəlif kiber üsulla 10010, 7300, 4000, 3996, 2957, 1850, 1566, 1450, 1400, 1185, 1000, 1000, 999, 999, 999, 728, 670, 520, 500, 500, 480, 480, 420, 354, 280, 202, 188, 185, 145, 129, 120, 75, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb:

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax