Operativ Məlumat Mərkəzi

Həbs edilmiş iş adamı Paşinyanın mətbuat katibi və aparat müavinini məhkəməyə verib

1 dəq
Paylaş:
Həbs edilmiş iş adamı Paşinyanın mətbuat katibi və aparat müavinini məhkəməyə verib

Həbs iş adamı Samvel Karapetyan Ermənistanın Nikol Paşinyanın Nazeli Bağdasaryan, hökumət aparatının müavini Taron Çaxoyan və politoloq Arutyun Mkrtçyan əleyhinə məhkəməyə ərizə ilə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumat “Datalex” məhkəmə-hüquq informasiya portalında yerləşdirilib.

S.Karapetyan cavabdehlərin hər birindən böhtan xarakterli bəyanatların ictimai təkzibi ilə yanaşı, 9 milyon dram (təxminən 23,6 min dollar) məbləğində mənəvi zərərin ödənilməsini tələb edir.

Qeyd edək ki, "Taşir" Qrupunun rəhbəri Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax