Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İş adamı Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib

2 dəq
Paylaş:
İş adamı Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib

Erməni iş adamı və “Güclü ” partiyasının lideri Samvel parlamentinin sədri Alen Simonyana qarşı iddiası qaldırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məhkəmə aktları portalı “Datalex”də dərc edilən iddiaya əsasən, Karapetyan spikerdən onun ünvanına səsləndirilmiş şərəf və ləyaqəti ləkələyən yalan məlumatların təkzib edilməsini və 6 milyon dram (təxminən 16 min ABŞ dolları) məbləğində mənəvi təzminat ödənilməsini tələb edir.

İddia sənədinə görə, Karapetyanın müdafiə tərəfi Simonyanın 19 may 2026-cı ildə sosial şəbəkələrdə etdiyi açıqlamaların yalan və nüfuz sarsıdıcı olduğunu bildirərək onların rəsmi şəkildə təkzib olunmasını istəyir. Bundan əlavə, məhkəmə xərclərinin də cavabdeh tərəfindən ödənilməsi tələb olunur.

Qeyd olunur ki, Karapetyan bundan əvvəl də Ermənistan Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası və İctimai Televiziyaya qarşı oxşar iddialarla məhkəməyə müraciət etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax